Bakı metrosunda intihara cəhd

Bakı metrosunda intihara cəhd

Baxış sayı: 2. 283 dəfə baxılıb.

Bu gün metronun “Gənclik” stansiyasında bir nəfər özünü relslərin üzərinə atıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ÇıxışYolu.Com-a verdiyi məlumata görə, saat 13:45 radələrində Bakı şəhər sakini Zülfüqarov Elvin Əli oğlu özünü relslərin üzərinə ataraq intihara cəhd edib.

Onun sözlərinə görə, o, dostu ilə mübahisə etdikdən sonra bu addımı atıb.

Stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları vətəndaşı təcili oradan çıxarıblar.

Zülfüqarov xəsarət almayıb.

www.ÇıxışYolu.Com