Metroda vaqonların hər birinə 16 ədəd USB portu quraşdırılıb.
Bu barədə ÇıxışYolu.Com-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, bundan sonra telefon, planşet kimi avadanlıqları rahatlıqla enerjiyə qoymaq mümkün olacaq:
“Təsəvvür edirsiniz, hər vaqonda, qatarda yox ha, vaqonda 16 ədəd USB portu var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz. Harada? Təzə aldığımız qatarların vaqonlarında”.