Bakı metrosunda qadın özünü qatarın altına atıb – YENİLƏNİB

Bakı metrosunda qadın özünü qatarın altına atıb – YENİLƏNİB

Baxış sayı: 2. 541 dəfə baxılıb.

Metroda intihar edən qadının kimliyi məlum olub.

ÇıxışYolu.Com-ın məlumatına görə, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

13:41

Bu gün “Bakı Metropoliteni”nin “28 May” stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Unikal.org-a hadisə yerində olan əməkdaşı məlumat verib.

Hadisə təxminən 12:50 radələrində baş verib.

Belə ki, “İçərişəhər – “Həzi Aslanov” istiqamətində hərəkət edən 14 saylı qatar “28 May” stansiyasına daxil olarkən 30-35 yaşlarında qadın özünü qatarın altına atıb. O, relslərin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. İntihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

İntihar edən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com