“Bakı metropoliteni”nin “İçərişəhər” stansiyasında relslərin üzərinə yıxılan şəxsin kimliyi məlum olub.
Bu barədə ÇıxışYolu.Com-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib:
“85 yaşlı Məmmədova Sürayyə Söhbət qızı “İçərişəhər” stansiyasında qatardan endikdən sonra çölə çıxmaq istəyərkən səhv tərəfə dönərək relslərin üzərinə yıxılıb. Hazırda ciddi bir xəsarəti olmasa da, hər ehtimala qarşı Təcili Tibbi Yardım çağırmışıq. Sadəcə, qatarların hərəkətində 3 dəqiqə ləngimə olub”.
13:05
Bakı metropolitenin “İçərişəhər” stansiyasında sərnişin relslərin üzərinə yıxılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə öz “Facebook” səhifəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev yazıb.
Hazırda metro əməkdaşları sərnişini çıxarmağa çalışırlar.
Qeyd olunur ki, hadisə ilə əlaqədar qatarların qrafikində gecikmə olacaq.