Bakı metrosunun yeni qatarı - REPORTAJ

Bakı metrosunun yeni qatarı – REPORTAJ

Baxış sayı: 3. 148 dəfə baxılıb.

“Qapılar bağlanır, növbəti stansiya…”

Bu sözlər, yəqin ki, heç kimə yad deyil. Yer üstündə yaranan tıxaclar, gərginliklər bizi yeraltı dünyaya enməyə məcbur edir. Harasa gecikəndə, bir yerə tələsəndə ilk o yadımıza düşür – METRO.

Yarım əsr yaşı olan və hər gün yüz minlərlə sərnişini mənzil başına çatdıran metro sürətli və təhlükəsiz olmaqla yanaşı, həm də rahat nəqliyyat növüdür.

Son zamanlar ölkəyə gətirilən qatarların sayı artmaqda davam edir. 

Bu gün “Bakı Metropoliteni” QSC “Dərnəgül” stansiyasında ölkəyə yeni gətirilmiş beş vaqonlu sərnişin qatarının təqdimatını edib. 

Bakı metrosunun yeni qatarı - REPORTAJ

ÇıxışYolu.Com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sifariş edilən iki qatardan artıq birinin xəttə buraxıldığını deyib.

O bildirib ki, növbəti qatar may ayında gətiriləcək:

Bakı metrosunun yeni qatarı - REPORTAJ

“Bu ilin fevral ayında Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə iki ədəd qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Artıq həmin qatarların biri Bakı metrosundadır və aprel ayının 20-də cənab prezidentin iştirakı ilə xəttə buraxılıb. Növbəti qatar isə may ayında gətirilərək, sərnişinlərin istifadəsinə veriləcək”.

Bakı metrosunun yeni qatarı - REPORTAJ

Qurumun mətbuat xidmətinin rəhbəri qeyd edib ki, yeni alınan qatarlar bir sıra yeniliklərinə görə köhnələrdən fərqlənir:

“Qatarlar əvvəlkilərdən çox fərqlənir. Bu qatarlarda üç rejimdə – soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistemi quraşdırılıb. Həmçinin beş vaqondan ibarət olan qatarlarda sərnişinlər üçün keçid mövcuddur. Yəni, sərnişinlər birinci vaqondan minərək, beşinci vaqona qədər rahat bir şəkildə irəliləyə bilərlər. Bundan əlavə, oturacaqlar və qapıların enliliyi də əvvəlki qatarlardan fərqlənir.

Yeni alınan qatarlar texniki innovasiyalar baxımından ən sonuncu nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Həmçinin yeni qatarın vaqonlarında sərnişinlər üçün monitorlar quraşdırılıb.

Bakı metrosunun yeni qatarı - REPORTAJ

Həmin monitorlarda müxtəlif məlumatlar yerləşdiriləcək. Hər bir vaqonda 16 ədəd olmaqla, ümumi 80 ədəd USB portlar mövcuddur. Həmin USB vasitəsilə telefonları və digər elekton cihazları elektrik enerjisi ilə təmin etmək mümkün olacaq. Qatarın istismar müddəti 31 ildir”.

Bakı metrosunun yeni qatarı - REPORTAJ

Bakı metrosunun yeni qatarı - REPORTAJ

Bakı metrosunun yeni qatarı - REPORTAJ

Bakı metrosunun yeni qatarı - REPORTAJ

Bakı metrosunun yeni qatarı - REPORTAJ

Bakı metrosunun yeni qatarı - REPORTAJ

Bakı metrosunun yeni qatarı - REPORTAJ

Bakı metrosunun yeni qatarı - REPORTAJ

.
Foto: Sadiq Fərzəlibəy
www.ÇıxışYolu.Com