cc6c3438-67d8-4b8f-80b0-4411e64524b4..jpg

“Bakı” Müəllif Mahnıları Klubunun yeni mövsümü açılıb

Baxış sayı: 835 dəfə baxılıb.

“Bakı” Müəllif Mahnıları Klubunun yeni mövsümü açılıb

Müasir İncəsənət Mərkəzində “Bakı” Müəllif Mahnıları Klubunun ədəbi-musiqili
gecəsi keçirilib. Poeziya və müəllif mahnısı həvəskarları bir-biriləri ilə
yaradıcılığı bölüşmək və qarşıdan gələn mövsümlə bağlı planları müzakirə etmək
üçün bir araya gəliblər.

Bu barədə AZƏRTAC klubun fəaliyyəti haqqında bəhs edən gecənin təşkilatçısı,
müəllif Vera Velikanovaya bildirib.

“Bakıdakı Müəllif Mahnıları Klubu vaxtıilə gənclər, yaradıcı ziyalılar
arasında çox populyar olub. Mən 10-12 il bundan əvvəl kluba gəlmişəm. İndi
klubun üzvləri – ümumi ideya ətrafında birləşən insanlardır. Biz müəllif
mahnısı ənənələrini qoruyub saxlamaq üçün mümkün qədər tez-tez görüşməyə
çalışırıq.

Pandemiyadan əvvəl müəllif mahnısı festivalları keçirilib ki, həmin
tədbirlərdə müxtəlif şəhər və ölkələrdən insanlar iştirak ediblər. Təəssüflər
olsun ki, hazırda bu əlaqələr müvəqqəti olaraq azalıb və buna görə də
ədəbi-musiqili gecələri keçirmək üçün sadəcə bir araya gəlmək ideyası yaranıb.
Biz hər zaman sosial şəbəkələrdə elan yerləşdiririk və istəyi olan hər kəsi
bizə qoşulmağa dəvət edirik”, – deyə o vurğulayıb.

Tədbirdə şairlər və qiraətçilərin də iştirak etdiyini qeyd edən Vera
Velikanova deyib: “Şeir – müəllif mahnısını müəyyən edən, titrəyən sinirdir,
musiqi isə müəllifin hisslərini və düşüncələrini dinləyicilərə çatdırmağa
köməklik edir”.

Source link