Bakı-Naxçıvan aviareysləri gecikir, iki reys birləşdirilib – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan
J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində
əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir. Bakıdan Naxçıvana
yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin məlumatında
deyilir.
Qeyd edək ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək
prioritetdir.
Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri
vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.
Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin
yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected]
65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
17:13
Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən
Bakıdan Naxçıvana üç reysi gecikir.
“Report”un yerli bürosu xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı
olan J2-251, 11:50-də uçmalı J2-253 və 16:40-da uçmalı J2-255 reysləri təxirə
salınıb.
12:13
Azərbaycan Hava Yollarının J2-251 və J2-253 nömrəli Bakı-Naxçıvan marşrutu
üzrə planlaşdırılan reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava
şəraiti səbəbindən (güclü duman) gecikir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin məlumatında
deyilir.
Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin
yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında
uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin
olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected]
65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
09:06
Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
“Report” xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251
reysi saat 9:30-a kimi təxirə salınıb.
Məlumata görə, bu, Naxçıvan Muxtar Respublikasındakı mövcud hava şəraiti ilə
əlaqədardır.