048c7f50-d878-4b8f-8b2b-443b8d541c1e..jpg

Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib – FOTO

Baxış sayı: 436 dəfə baxılıb.

Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Neftçi” amputant futbol komandalarının
oyunu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım
Gününü qeyd etmək məqsədilə Azərbaycan Minatəmizləmə Agentliyi və Azərbaycan
Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı Olimpiya
Stadionunda “Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu
keçirilib.

“Report” xəbər verir ki, mina partlayışları nəticəsində xəsarət almış amputant
şəxslərdən ibarət komandaların oyunlarının keçirilməsi minadan zərərçəkənlərin
cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair
maarifləndirmədə kütləviliyin təmin edilməsi böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası
Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə 2023-cü ildə
Şotlandiyada keçirilən Millətlər Liqasında D divizionunu 2-ci pillədə
tamamlayaraq 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final
mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Vətən müharibəsindən bu günədək 350 nəfər mina partlayışının
qurbanı olub. 65 nəfər həlak olub, 285 şəxs xəsarət alıb. Ümumilikdə
Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir. Onlardan 595-i
həyatını itirib. 3429 zərərçəkəndən 357-si uşaq və gənc, 38-i qadındır.

Saha çox foto burada: PhotoStock.az

Source link