444656f5-9a9f-409d-bb04-1f9e96641a32..jpg

“Bakı Payızı”nın iştirakçıları dünyanı fəth edəcək – VİDEO

Baxış sayı: 536 dəfə baxılıb.

“Bakı Payızı”nın iştirakçıları dünyanı fəth edəcək – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Payızı” müsabiqəsinin bəzi iştirakçıları məşhur “Golden Arts
Entertainment” musiqi şirkəti ilə müqavilə imzalayıblar.

Hazırda bu musiqiçilər öz yaradıcılıq potensiallarını üzə çıxarmaq və dünya
səhnəsində çıxış etmək imkanı əldə etmək üçün fəal çalışırlar.

Gənc istedadlar ingilis, fransız, italyan, ispan və rus dillərində dünyanın ən
məşhur kompozisiyalarını ifa etməklə bu musiqi parçalarına kliplər çəkdirirlər.

Xoreoqraf Ellada Süleymanova iştirakçılardan razı qaldığını, onların böyük
ümidlər vəd etdiyini bildirib:

“Uşaqların hamısı əladır. Onlarla işləməkdən çox razıyam. Böyük ümidlər vəd
edirlər. Mən əminəm ki, bu, yeni format olacaq. Biz onların təkcə vokal deyil,
həm də xoreoqrafik qabiliyyətlərini göstərəcəyik. Bu, əla olacaq”.

Ətraflı Baku TV-nin süjetində:


Source link