39c5a1e3-5cf8-4249-a70c-fef1494800a5..jpg

Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb

Baxış sayı: 560 dəfə baxılıb.

Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttinin
üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların
hərəkəti dayandırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Xidmətindən faktı “Report”a
təsdiq ediblər.

Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu
səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə
qatarların hərəkəti dayanıb.

Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı olan qatar hadisə ilə
bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə
ötürülüb.

Source link