Bakı polisi azyaşlı cinayətkarlar barədə danışdı

Bakı polisi azyaşlı cinayətkarlar barədə danışdı

Baxış sayı: 3. 151 dəfə baxılıb.

Bakı polisi azyaşlı cinayətkarlar barədə danışdı

Hüquq Mühafizə orqanlarından verilən məlumata görə, azyaşlıların cinayət əməlləri əsasən oğurluqdan ibarət olur. 

ÇıxışYolu.Com-ın müxbiri paytaxtda fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşları ilə azyaşlı uşaqlar arasında cinayətkarlıq səviyyəsi barədə söhbətləşib.

 Binəqədi rayon Polis İdarəsi tərəfindən saxlanılmış 14 yaşlı P.A kiçik qarət və avtomobil qaçırma, Yasamal polisi tərəfindən saxlanılmış 17 yaşlı Şirvan sakini A.B mənzil oğurluğuna görə saxlanılıb. 3 nəfərdən ibarət qarətçi qrupun üzvlərindən biri 25 yaşlı qızdır. Dəstəyə əvvəllər məhkum olunmuş İlkin Salayev rəhbərlik edib. 

Binəqədi rayon polis idarəsi isə 16 yaşlı Quba rayon sakini A.X-ni axtarır. Yeniyetmə Mir Cəlal küçəsində yerləşən və Həsən Agayevə məxsus aptekdən 80 manat oğurlamaqda şübhəli bilinir.

Daxili İşlər Nazirliyi uşaqlar arasında cinayətkarlıq səviyyəsinin azaldılması məqsədi ilə profilaktik tədbirlər keçirir. Lakin, hüquq mühafizə orqanlarının əməkdaşları bildirirlər ki, çətin tərbiyə olunan uşaqlarla iş ailədən başlamalıdır. Agır cinayət törədən 14 yaşdan böyük bütün şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər.

Qeyd edək ki, ötən sutka ərzində Azərbaycanda 35 oğurluq faktı qeydə alınıb.

Ramella İbrahimxəlilova