Bakıda polis əməkdaşları sənədləri ilə dolu pul kisəsini itirən vətəndaşa kömək edib.
Ölkə.Az xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov xidmət vaxtı xarici vətəndaşa məxsus pul kisəsi tapıb. O, dərhal pul kisəsinin sahibinin axtarışlarına başlayıb.
Xarici vətəndaş tezliklə tapılıb və itən əşyası ona qaytarılıb. Azərbaycana turist kimi gələn britaniyalı isə belə operativliyə görə polisə təşəkkür edib.