Bakıda Gürcüstan vətəndaşı icarələdiyi avtomobili oğurlayıb.
Nəsimi rayon hüquq mühafizə orqanlarından ÇıxışYolu.Com-a verilən məlumata görə, oğurluq haqqında Nəsimi rayonunun 19-cu polis bölməsinə Rent A Car şirkətinin sahibi, 1984-cü il təvəllüdlü Zaur Zərgərov məlumat verib.
Sahibkarın sözlərinə görə, o, 4 gün müştərinin maşını geri gətirəcəyini ümidlə gözləyirdi. Lakin beşinci gün anlayıb ki, oğurluqla qarşılaşıb və polisə müraciət edib. Məlumdur ki, 16 fevral tarixində, Cəbiyev 2A/1 küçəsi ünvanında yerləşən şirkətə Cəlilov Samir Qabil oğlu maşın icarəsi üçün müraciət edib. Həmin şəxs Toyota müvəqqəti istifadə üçün götürüb. Tezliklə Cəlilov avtomobilin hərəkətini izləmək mümkün olmasın deyə GPRS söndürüb.
Hal-hazırda oğurlanmış avtomobil və Gürcüstan vətəndaşının axtarışı ilə Nəsimi RPİ əməkdaşları məşğuldur.
www.ÇıxışYolu.Com