Bakı-Qəbələ-Bakı istiqamətində 10 əlavə qatar reysi təyin edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bayram günlərində artan sərnişin
tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10
əlavə qatar reysi təyin edib.
Bu barədə ADY-dən bildirilib.
Belə ki, 8, 9, 10, 11 və 12 noyabr tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə
qatar hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da
isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin
ardıcıllığını təmin etmək məqsədilə noyabrın 4-ü iş günü sayıldığından həmin
günə olan reys ləğv edilərək əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu
üzrə qatar təyin olunub.
Məlumat üçün bildirək ki, hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı
həftənin şənbə və bazar günləri hərəkət edir. Marşrut üzrə bir istiqamətə gediş
haqqı standart sinif üçün 14 AZN təşkil edir.