d0707c59-af57-4ac2-823f-584c3a9ad7f8..jpg

Bakı-Qəbələ sürət qatarında sərnişinləri narahat edən əsas məsələ nədir? – VİDEO

Baxış sayı: 2. 733 dəfə baxılıb.

Bakı-Qəbələ sürət qatarında sərnişinləri narahat edən əsas məsələ nədir? –
VİDEO

Ötən gün səhər saatlarından Bakı Dəmiryol Vağzalından Bakı-Qəbələ-Bakı
marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb.

Xezerxeber.az-ın məlumatına görə, bilet qiymətləri 14 manatdan başlayır. Amma
eyni qatarda bəzi yerlər adi biletdən təxminən 6-7 dəfə baha qiymətə təklif
edilir.

Qatar həftə sonları olmaqla hər şənbə günü Bakıdan Qəbələyə yola düşərək.
Bazar günü isə geri qayıdacaq.

İkimərtəbəli sürətli qatar sərnişinlərin ürəyincə olsa da, onları narahat edən
başqa bir məqam odur ki, Bakıdan gələn qatar rayon mərkəzindən təxminən 26 km
uzaqlıqdakı Hacallı kəndində dayanır.

Gələcəkdə qatarın hərəkət qrafikinin həftədə bir neçə gün olması planlaşdırlır.

Xezerxeber.az mövzu ilə daha ətraflı videomaterialı təqdim edir:


Source link