1c621a0f-7d8f-47d8-bf7d-8a1167276e2c..jpg

Bakı-Qazax magistralında avtomobillər toqquşub, xəsarət alanlar var

Baxış sayı: 529 dəfə baxılıb.

Bakı-Qazax magistralında avtomobillər toqquşub, xəsarət alanlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində
yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə nəticəsində xəsarət alan, 1969-cu il
təvəllüdlü B.Hüseynov və 1981-ci il təvəllüdlü Y.Namazov xəstəxanaya
yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin birinin yük yerində olan kartof yola
dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link