2c4909d1-05dd-4109-9f5d-dff6123df094..jpg

Bakı-Qazax yolunda QƏZA: Ər-arvad xəsarət aldı

Baxış sayı: 2. 630 dəfə baxılıb.

Bakı-Qazax yolunda QƏZA: Ər-arvad xəsarət aldı

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ
Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdü
Camal Hüseynov və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Tamara Dərziyeva
xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Source link