“Azəristiliktəchizat”ın PR meneceri Rüxsarə Babayeva ilə Baku TV-nin aparıcısı
Elçin Əlibəyli arasında gərginlik yaşanıb.
Belə ki, “Baku aktual” verilişində qonaq olan qurum rəsmisinə – “keçən illə bu
ilin fərqi yeni təmir edilən qazanxanalardır, yoxsa əhali həqiqətən də
istiliklə təmin olunacaq?” – sualını ünvanlayıb.
R.Babayeva istilik sistemi ilə bağlı yeniliklərin olacağını qeyd edərək
bildirib ki, istilik yeni qazanxanadan ötürülürsə, effektivlik də artır.
Daha sonra aparıcı əhalinin mərkəzi istilik sisteminin keyfiyyətindən narazı
olduğunu vurğulayaraq – “Azəristiliktəchizat” istiliyi qışda verməlidir, amma
problem olur, yayda istilik verilir”, – deyə narazılığını bildirib.
Daha ətraflı süjetdə:
Bakı qışa hazırdır?