aa691722-35c7-4b3f-baa6-787b6907b8d8..jpg

Bakı-Quba yolunda avtomobil betona çırpılıb, tıxac yaranıb – FOTO

Baxış sayı: 543 dəfə baxılıb.

Bakı-Quba yolunda avtomobil betona çırpılıb, tıxac yaranıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba yolunda qəza hadisəsi baş verib.

APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi yolun Siyəzən rayonu
ərazisindən keçən hissəsində qeydə alınıb.

99 BM 466 dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobil idarəetmədən
çıxaraq beton maneələrə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat
vasitəsi deformasiya uğrayıb, ciddi ziyan dəyib.

Qısa müddətdə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu
bağlanıb, tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq
avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Source link