Bakı Şəhər Baş Polis İdarəsi sahibkarlara xəbərdarlıq etdi: Diqqətli olun

Bakı Şəhər Baş Polis İdarəsi sahibkarlara xəbərdarlıq etdi: Diqqətli olun

Baxış sayı: 2. 717 dəfə baxılıb.

Bakı Şəhər Baş Polis İdarəsi sahibkarlara xəbərdarlıq etdi: Diqqətli olun

Avqustun 4-də bəzi xəbər saytlarında “Bakıda sahibkarı belə aldatdılar” başlıqlı yazı dərc olundu.

Vətəndaşın şikayətinə polisin etinasız yanaşması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev ÇıxışYolu.Com-a bildirib ki, vətəndaşın “102” Zəng Mərkəzinə müraciəti ərazi üzrə Səbail RPİ-yə ötürülüb və fakt üzrə müvafiq təxirəsalınmaz tədbirlər görülüb: “Polisin vətəndaş müraciətinə etinasızlığı ilə bağlı deyilənlər həqiqətdən uzaqdır, dələduzluğa məruz qalan şəxs Baş İdarəyə dəvət olunaraq, görülən işlər onun diqqətinə çatdırılıb”.

Xidmət rəisi vurğulayıb ki, həmin şəxsin Səbail RPİ 9-cü Polis Bölməsində vətəndaşın etibarından sui-istifadə edən, müxtəlif adlar və qiyafələrdə sahibkarlara özünü  “Hacı Ramin” kimi təqdim edən, 1988-ci il təvəllüdlü, Lənkəran şəhərində anadan olan 26 iyul 2019-cü ildən Səbail RPİ tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə axtarışı elan edilən Kərimov Cəbrayıl Mikayıl oğlu olduğu müəyyən edilib. Fakt üzrə toplanan material axtarışda olan C.Kərimov barəsində olan digər cinayət işinə əlavə edilib: “İctimai təhlükəli əməldə şübhəli bilinən şəxs avqustun 31-də “Sədərək” Ticarət Mərkəzinə gələrək uşaq oyuncaqları mağazasından 3000 manat dəyərində oyuncaqları yeni açdığı mağazaya tədarük edəcəyini deyərək ünvana çatdırılması üçün sifariş verib. Yolda sahibkarın etibarından sui-istifadə edərək ondan 210 manat alaraq, gedəcəkləri ünvanda qaytaracağını vəd edib, lakin avtomobildən düşərək naməlum istiqamətə gedərək qayıtmayıb”. 

E.Hacıyev əlavə edib ki, C.Kərimov 2018-ci ildə həmin ticarət mərkəzindən sahibkarların etibarından sui-istifadə edərək birindən 3000 manat, digərindən 1050 manat dəyərində kompyuter dəstlərini, 2019-cü ildə başqa ticarət obyektindən 1500 və 600 manat dəyərində məhsulları analoji üsulla talayıb: “O, toplanan materiallar üzrə cari ilin iyun ayında saxlanaraq Xəzər RPİ-yə təhvil verilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsə də, istintaqdan yayındığına görə, iyun 25-də axtarışı elan olunub. 

Şübhəli şəxs başqa-başqa adlar altında və qiyafələrdə hərəkət edir, dələduzluq əməllərini davam etdirir. Sahibkarlara diqqətli olmağı, onu görüb tanıyanlardan polisə məlumat vermələri tövsiyə olunur.  

Hazırda C.Kərimovun saxlanılması ilə bağlı polis tərəfindən müvafiq tədbirlər davam etdirilir”.