Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına cəza istənildi

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına cəza istənildi

Baxış sayı: 3. 603 dəfə baxılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rufullayeva Azad Sultan oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O bildirib ki, A.Rufullayevin cinayət əməli məhkəmə istintaqı dövründə də sübuta yetirilib. 

Prokuror onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Azad Rufullayev Əjdər adlı şəxslə qabaqcadan əlbir olaraq Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib. Azad Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat alınıb. 

Azad Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

A. Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı olub. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!