b6cec9a9-d421-4336-9749-7f91850fdcc2..jpg

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib

Baxış sayı: 615 dəfə baxılıb.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin
tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri
İdarəsinin ləğv edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Prezident.az məlumat
yayıb.

Fərmanda qeyd edilib:

1. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil
Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilsin.

2. “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq
bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin
tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 428) 2-ci hissəsi ləğv
edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.

Source link