245429a9-bf2f-4b7e-bb75-ae28f645de33..jpg

Bakı şəhəri üzrə qəbiristanlıqlar üçün tələb olunan sahə açıqlanıb

Baxış sayı: 674 dəfə baxılıb.

Bakı şəhəri üzrə qəbiristanlıqlar üçün tələb olunan sahə açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq
ərazilərin təqribən 130 hektar genişləndirilməsi və şəhər üzrə
qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb
olunacaq.

APA xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş
planında əksini tapıb.

Qeyd edilib ki, qəbiristanlıqlar üçün ayrılmalı ərazi sahəsi ilə bağlı
qiymətləndirmələr beynəlxalq normalar üzrə adambaşına qəbul edilən sahəyə
əsaslanır. Bu standartların qiymətləndirilməsi yerli normalarla beynəlxalq
normalar arasında fərqin çox kiçik olduğunu göstərir. Qəbiristanlıqlar üçün
sahə, bir qayda olaraq, adambaşına 2,4 kvadratmetr qəbul edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli
522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə
olunması Qaydaları”nda qeyd edilən normalarla uyğunluq təşkil edir. Baş Plan
çərçivəsində əhalinin hər 1000 nəfərinə 0,24 hektar qəbiristanlıq sahəsi qəbul
edilib.

Hazırda Bakı şəhərinin inzibati hüdudları daxilində qəbiristanlıqlar təqribən
800 hektar ərazini əhatə edir. Bundan təqribən 702 hektar aktiv qəbiristanlıq
və ya xiyabanlar kimi istifadə olunur. Yerdə qalan təqribən 98 hektar
qəbiristanlıq ərazi aktiv istifadə olunmur və ehtiyat kimi nəzərdə tutulur.

2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq
ərazilərin təqribən 130 hektar genişləndirilməsi və şəhər üzrə
qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb
olunacaq. Mövcud qəbiristanlıqlarda fəal istifadə olunmayan ərazilərin olduğunu
nəzərə alaraq, növbəti iyirmi ilin tələbatını qarşılamaq üçün hazırki
qəbiristanlıqların sahəsinin təqribən 32 hektar genişləndirilməsi tələb
olunacaq. Bununla yanaşı, uzunmüddətli perspektivdə qəbiristanlıqlar üçün
kifayət qədər sahənin nəzərdə tutulmasını təmin etmək üçün Bakı şəhərinin Baş
Planı çərçivəsində qəbiristanlıqların genişləndirilməsi üçün müvafiq sahələr
müəyyən edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli
522 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən qəbiristanlıqların
torpaq sahələri ən azı 300 metrlik sanitariya-mühafizə zonası nəzərdə tutulmaq
şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il
keçdikdən sonra sanitariya-mühafizə zonasının eni Səhiyyə Nazirliyinin rəyi
əsasında 100 metrədək azaldıla bilər.

Source link