Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də “102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən “Mayak” mağazasına pul borcu var.
Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları xuliqanı taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb.
Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.
Ramella İbrahimxəlilova