765021e8-7a7c-48ae-aa0e-c6f3ad0a7e63..jpg

Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə ilə saxlanıldı – FOTO

Baxış sayı: 522 dəfə baxılıb.

Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə ilə saxlanıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini,
əvvəllər soyğunçuluq və xuliqanlıq əməlinə görə məhkum olunmuş Nadir Dadaşov
idarə etdiyi “Land Cruiser” markalı avtomobillə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda
heroin, əlavə olaraq metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Source link