Paytaxtın Suraxanı rayonunda qətl hadisəsi qeydə alınıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, 1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu Suraxanı rayonunda – Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu ilə aralarında yaranan münaqişə zəminində sonuncunu bıçaqlayıb.
Sonra D.Abuzərov hadisə yerindən qaçıb. S.Qədirov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən D.Abuzərovun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com