Bakı sakini Ucarda yol qəzasında öldü

Bakı sakini Ucarda yol qəzasında öldü

Baxış sayı: 2. 928 dəfə baxılıb.

Bakı sakini Ucarda yol qəzasında öldü

Bu gün axsam saatlarında Ucarda iki yol qəzası baş verib.

ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, hər iki hadisə Bakı-Qazax yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prado” markalı minik maşınının yol kənarındakı arakəsməyə çırpılaraq aşması nəticəsində Bakı şəhər sakini Akif  Dərgahov hadisə yerində ölüb. Onun 2005-ci il təvəllüdlü oğlu Dərgah Akif oğlu Dərgahov müxtəlif  xəsarətləri alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib.

İkinci hadisədə isə “Mercedes” və “İsuzi” markalı maşınlar toqquşub.  Nəticədə Zərdab rayon sakini, 1987- ci il təvəllüdlü Toğrul İldırım oğlu Vəliyev xəstəxanaya yerləşdirilib.

Hər iki hadisə ilə bağlı  araşdırma aparılır.

www.ÇıxışYolu.Com