Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə alması polisə şikayət edib.
DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər – Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimovun əvvəllər məhkum olublar.
Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalara davam etdirilir.