7e7f9561-865f-4ac4-8490-054c814d80b0..jpg

Bakı sakinini ov tüfəngi ilə qətlə yetirən şəxsə cinayət işi açıldı

Baxış sayı: 755 dəfə baxılıb.

Bakı sakinini ov tüfəngi ilə qətlə yetirən şəxsə cinayət işi açıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 17-də 1971-ci il təvəllüdlü Arif Fətəliyevin qəsdən öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin
Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında
yaranmış mübahisə zamanı qohumu Arif Fətəliyevi ov tüfəngindən bir dəfə atəş
açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs
qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Source link