c41d6d12-4066-4b40-ad9f-aa682541165e..jpg

Bakı-Şamaxı yolunda avtomobil aşıb: Xəsarət alanların kimliyi məlum olub – YENİLƏNİB + FOTO

Baxış sayı: 616 dəfə baxılıb.

Bakı-Şamaxı yolunda avtomobil aşıb: Xəsarət alanların kimliyi məlum olub –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların
kimliyi bəlli olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəzada beş Hindistan vətəndaşı
– Nariş Govda, Kishoranjan, Naqeş Subramanya, Ballenahallı Hirannaian, Mysuru
Basavaraju və bir Azərbaycan vətəndaşı Rəsul Mübariz oğlu Şirinov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

23:23

İsmayıllı rayonunda baş verən qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi
Xəstəxanasına altı nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onlardan biri Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır.
Tibb müəssisəsinin müvafiq şöbəsində müayinə və müalicələri davam etdirilən
pasiyentlərdən birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır
qiymətləndirilir.

Azərbaycan vətəndaşının vəziyyəti orta ağırdır.

22:18

Bakı-Şamaxı-İsmayıllı yolunda “Mercedes Vito” aşıb, altı nəfər xəsarət alıb.

Bununla bağlı Cixisyolu.com-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat
verilib.

İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə
İsmayıllı rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun 26-ci kilometrində, üzü
Bakı istiqamətində qeydə alınıb:

“Avtomobilin sürücüsü azərbaycanlı, beş nəfər sərnişin isə ərəbəsilli
turistlərdir. Onlar yüngül xəsarətlər alıblar. Onu da bildirək ki, yolun həmin
hissəsində təmir işləri aparılırdı”.

Aysel Aslan

Source link