64d20047-4865-45c3-8969-e8fd6d31c734..jpg

Bakı-Şamaxı yolunda qəza törədib qaçan sürücü saxlanıldı – VİDEO

Baxış sayı: 536 dəfə baxılıb.

Bakı-Şamaxı yolunda qəza törədib qaçan sürücü saxlanıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən
yayınan sürücü DYP tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib

Bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat veriblər.

Bildirilir ki, Bakı-Şamaxı avtomobil yolunda “VAZ 21214” markalı, 90-OR-122
dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün qəza törədərək
hadisə yerindən yayınması barədə vətəndaş R.Alıyev tərəfindən Baş DYP İdarəsinə
müraciət daxil olub.

Vətəndaşın müraciəti əsasında Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həyata
keçirilən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanı və sürücünün T.Təhməzov olduğu müəyyən edilib və o, inzibati qaydada
məsuliyyətə cəlb edilib.

Source link