bb8c0fdb-a2a8-47f8-b4c2-49df9ca593d4.jpg

Bakı-Şamaxı yolunda sürüşmə ehtimalı var

Baxış sayı: 246 dəfə baxılıb.

“Son günlər Azərbaycanın bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi
rayonlarında müşahidə olunan yağmurlu hava şəraitindən ekzogen-geoloji
proseslərin dinamikasında aktivlik müşahidə olunur”.

Cixisyolu.com xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin
sədri Əli Əliyev deyib.

O bildirib ki, intensiv yağıntılar lokal aktivləşmələrə və bəzi yerlərdə
sürüşmə hadisəsinin baş verməsinə ehtimallar yaradıb:

“Yağıntılar nəticəsində respublikanın bir sıra ərazilərinin avtomobil
yollarında, xüsusilə Bakı-Şamaxı, Şamaxı-Pirqulu və Şamaxı-İsmayıllı avtomobil
yollarının keçdiyi yerlərdəki mövcud sürüşmə sahələrində aktivləşmənin baş
verməsi ehtimalı yüksəkdir. Bu səbəbdən həmin istiqamətlərdəki yollardan
keçərkən ehtiyatlı olmağı, əgər alternativ varsa, digər yollardan istifadəni
tövsiyə edirik”.

Source link