Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir.
Sahəsi 2130 km², əhalisi təqribən 2,3 milyon nəfərdir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, beş şəhər tipli qəsəbə və 32 kənd daxildir.
Özündə müasirliyi və qədimiliyi birləşdirən Bakı sürətlə dəyişən şəhərlərdəndir.
Məhz buna görə Bakı Qafqazda ən əhəmiyyətli turizm məkanlardan biri sayılır. 2015-ci ildə Bakı “Lonely Planet” nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində yeddinci sırada, “New York Times” qəzetinin “2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri” reytinqində isə 51-ci yerdə qərarlaşıb.
2016-cı ildə “TripAdvisor” səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə olub.
Hər il paytaxtda yeni binalar, parklar və küçələr tikilir. Bu dəyişikliklər təkcə yerdən yox, elə kosmosun özündən də görünür. Son 15 ildə Bakının necə dəyişdiyini, yəqin ki, hər birimiz görmək istərdik.
Baku.TV-nin məhz bu haqda hazırladığı videonu təqdim edirik: