Bakı Sukanal İdarəsinin rəisi cərimələnib

Bakı Sukanal İdarəsinin rəisi cərimələnib

Baxış sayı: 2. 535 dəfə baxılıb.

Bakı Sukanal İdarəsinin rəisi cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub.

ÇıxışYolu.Com-ın məlumatına görə, şikayətlə bağlı nazirliyin əməkdaşları monitorinq və araşdırma aparıb.

Ərazidən çirkab su axan hissədən götürülən nümunələrin nəticələrinə görə, suyun tərkibində  çirkləndirici maddələrinin normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh olan Bakı Sukanal İdarəsinin rəisi Habil Quliyev barəsində akt və protokol tərtib edilib, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

www.ÇıxışYolu.Com