947564c0-183a-4cd1-b7c0-bc8c09d57f3c.webp

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü

Baxış sayı: 49 dəfə baxılıb.

Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi
baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən saat 22:00 radələrində yolun
38-ci kilometrliyində, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə
alınıb.

Belə ki, Rüfət Yengibar oğlu Bədəlbəyli idarə etdiyi “Toyota Corolla” markalı
avtomobillə yolu keçmək istəyən Rasim Şahvələd oğlu İslamovu vurub. Nəticədə
piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Source link