Bakıdan Rusiyanın Surqut şəhərinə uçan sərnişin təyyarəsi Ufada məcburi eniş etməli olub.
ÇıxışYolu.Com “İnterfax”a istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Bildirilir ki, 1946-cı il təvəllüdlü qadın Ufa xəstəxanalarının birinə yerləşdirilib.
Artıq təyyarə Surquta uçub.
Qeyd edək ki, Bakı-Surqut reysi ilə uçan təyyarə Rusiyanın “Utair” aviaşirkətinə məxsusdur.