Bakıda gömrük terminalında xarici vətəndaşlar arasında dava olub.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə Səbail rayonunda yerləşən “İpək yolu” gömrük terminalında qeydə alınıb.
Belarus vətəndaşı 36 yaşlı Astauk Valeriy Nikolayeviçlə həmvətənləri Vladimir Balint, Ukrayna vətəndaşları Vasso Mixaylov və Roma Matvyuk, həmçinin terminalın keşikçisi Emil Əliyarbəyov arasında dava olub. Nəticədə, terminal keşikçisinə bıçaqla xəsarət yetirilib.
Davanın səbəbi hələlik məlum deyil.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com