bdfd6680-2aa5-454f-a5f9-e61a07d15acf..jpg

Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı cəzasının yüngülləşdirilməsini istəyir

Baxış sayı: 776 dəfə baxılıb.

Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı cəzasının yüngülləşdirilməsini
istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Çaudhari Şahzad Ali
Nasir Alinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun
sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Pakistan vətəndaşı cəzasının yüngülləşdirilməsini istəyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum
edilərək, məhkəmənin iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi
əcnəbinin şikayətini təmin etməyib.

Qeyd edək ki, Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Ali barəsində
Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.

Source link