2018-ci ilin yanvar-fevral aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3782,3 milyon manat olmaqla 2017-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artıb.
ÇıxışYolu.Com xəbər verir ki, satılan məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,3 faizini qeyri-dövlət sektoru təşkil edib.
Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 2,6 faiz üstələyərək 3605,9 milyon manat olub.
Cari ilin ilk iki ayında hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 8,7 faiz artaraq 1166,3 milyon manat təşkil edib.