f1e3f73e-e42e-43b9-bac3-93080a13db60..jpg

Bakıda ƏMƏLİYYAT: İki nəfərdən külli miqdarda narkotik götürüldü – FOTO/VİDEO

Baxış sayı: 919 dəfə baxılıb.

Bakıda ƏMƏLİYYAT: İki nəfərdən külli miqdarda narkotik götürüldü – FOTO/VİDEO

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan 2 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polisə Elnur adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata
keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – Elnur Sultanov tutularaq
Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 bükün
heroin aşkar edilib. Saxlanılan şəxs tanışı Hikmət Səmədovun tapşırığı ilə
Nizami rayonu və paytaxtın digər ərazilərində narkokuryerlik etdiyini bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Hikmət Səmədov da qısa zamanda
saxlanılaraq istintaqa təqdim edilib. Sonuncunun idarə etdiyi avtomobildən 2
kiloqram 668 qram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunub. Hikmət
Səmədov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu Baba adlı şəxsdən
Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.

Aşkar edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi
başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam
etdirilir.


Source link