Bakıda itkin düşmüş Birləşmiş Ərəb Əmirliklərindən olan turist tapılıb.
ÇıxışYolu.Com xəbər verir ki, martın 27-də, saat 05:20 radələrində daun sindromlu, 17 yaşlı Sultan Abdullah itkin düşüb.
27 mart axşam radələrində isə o, öz həmvətəni tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
27 mart 17:55
Birləşmiş Ərəb Əmirliklərindən olan turist Bakıda itkin düşüb.
ÇıxışYolu.Com-ın APA-ya istinadən verdiyi məlumata görə, martın 27-də, saat 05:20 radələrində daun sindromlu, 17 yaşlı turist Sultan Abdullah Alqaseer paytaxta yerləşən “Winter Park” hotelindən çıxıb, bir daha geri qayıtmayıb.
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi onun görənlərdən səfirliyə müraciət etmələrini və ya 051 660 65 55 nömrəli telefona zəng etmələrini xahiş edir.