Mayın 30-da saat 3-4 radələrində bazarın yaxınlığında yerləşən beş mərtəbəli binanın həyətində ər arvadını bıçaqlayıb və hadisə yerindən qaçıb. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Bu barədə ÇıxışYolu.Com-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, sosial şəbəkələrdə ərin arvadının başını kəsərək balkondan həyətə atması barədə məlumat yayılıb. Lakin hüquq mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, bu məlumat həqiqəti əks etdirmir.
Öldürülən qadın 40 yaşlı Fəridə İsmayıl qızı Məmmədovadır. Cinayətkar ər 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun əvvəllər məhkum olunduğ bildirilir. İlkin ehtimallara görə cinayətə səbəb qısqanclıq və namus məsələsidir.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
Ramella İbrahimxəlilova