033b02a2-a805-4709-b4b2-566734c0f5cb..jpg

Bakıda ərini öldürən qadın hökmdən narazıdır

Baxış sayı: 667 dəfə baxılıb.

Bakıda ərini öldürən qadın hökmdən narazıdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Bakıda ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadənin
barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Vəlizadə doqquz il müddətinə
azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin
etməyib.

Qeyd edək ki, hadisə 2022-ci ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan
qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı, 1991-ci il
təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb,
lakin onun həyatını xilas etmək mümkün olmayıb.

G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər
vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə
ittiham irəli sürülüb.

Source link