94484879-477e-409c-a80e-18c2fc12667c..jpg

Bakıda ərini öldürən qadınla bağlı qərar verilib

Baxış sayı: 731 dəfə baxılıb.

Bakıda ərini öldürən qadınla bağlı qərar verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Gülnar
Vəlizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə
iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Cavid Hüseynin sədrlik etdiyi prosesdə qərar
elan olunub. Qərara əsasən, şikayət təmin edilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan
məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan
qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat
yoldaşı 1991-cı il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb. Yaralı
təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb, lakin onun
həyatını xilas etmək mümkün olmayıb.

G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər
vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə
ittiham irəli sürülüb.

Source link