Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda daş sexindən 10 min manatlıq daşkəsən mişarlar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, aprelin 29-na keçən gecə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi
ərazisində yerləşən daş sexlərinin birindən 10 000 manat dəyərində daş kəsən
mişarların oğurlanması barədə Binəqədi Rayonu Polis İdarəsinin 4-cü Polis
Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə
şübhəli bilinən Nəsimi Quliyev, Mehman Quliyev, Orxan Əzizov və Ramin İbrahimov
müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.