Bakıda 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet və telefon

Bakıda 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet və telefon

Baxış sayı: 2. 576 dəfə baxılıb.

Bakı şəhərində telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərininin beynəlxalq standartlara uyğun səviyyədə təşkili istiqamətində Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti  (“Baktelecom”) irimiqyaslı infrastruktur layihələri həyata keçirir.  

Həyata keçirilən işlər çərçivəsində paytaxt ərazisində fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərin olduğu GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası tətbiq edilir. 

İlin sonunadək 100 minlik infrastrukturun yaradılması bir çox sakini optik xətt üzərindən həm telefon, həm də internet xidmətləri ilə təmin edəcək.

Müştərilərin böyük maraq göstərdiyi “Evədək optika” adlanan layihə çərçivəsində istifadəçilər qısa zamanda yüksəksürətli multimedia xidmətləri ilə təmin olunur. “Baktelecom”un təklif etdiyi sərfəli xidmət paketlərinə 10 və 20 Mbit/s sürətlə yanaşı telefon xidməti də daxildir. Belə ki, abunəçi seçdiyi tarifə uyğun olaraq bir məbləğ ödəməklə 2 xidmətdən – internet və sabit telefon şəbəkəsindən faydalana bilir. 

Hazırda Bakı şəhəri üzrə 11 minə yaxın mənzildə genişzolaqlı şəbəkə aktiv edilib. Daha çox insana yüksəksürətli multimedia xidmətlərinin göstərilməsi üçün layihənin ikinci mərhələsinə start verilib. Beləliklə, ilin sonuna qədər “Evədək optika” layihəsi çərçivəsində 100 min mənzili əhatə edəcək infrastrukturun yaradılması planlaşdırılır. Layihə gələcəkdə istismara verilmiş bütün yaşayış binalarını əhatə edəcək. Bu isə daha çox paytaxt sakini üçün genişzolaqlı şəbəkəni əlçatan edəcək. 

Bakıda 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet və telefon

Bakıətrafı ərazilərdə telekommunikasiya xidmətləri ilə təchizat çətinlikləri sürətlə aradan qaldırılır.

Bundan başqa, “Baktelecom” əhaliyə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsinə imkan yaradan daha bir texnologiyanın tətbiqinə başlayıb. Yeni nəsil “Simsiz rabitə” şəbəkəsi olan LTE – (Long Term Evolution) texnologiyasının tətbiqi uzun zamandır mövcud olan telefon çəkilişi və digər telekommunikasiya xidmətləri ilə təchizat problemini aradan qaldırıb.

Artıq, Maştağa, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar, Biləcəri, Zirə, Türkan, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsində simsiz şəbəkə istifadəyə verilib. 

Bakıda 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet və telefon
 
Rabitə infrastrukturunun məhdud olduğu bu ərazilərdə əhalinin telefon, internet və digər multimedia xidmətləri ilə təmin edilməsinə başlanılıb. Texnologiyanı dəstəkləyən cihazları isə “Baktelecom”un xidmət mərkəzlərindən asanlıqla əldə etmək mümkündür. Üstəlik, 25 azn-lik “optima” paketi alan müştərilər 1 illik ödəniş etdiyi halda texnologiyanı dəstəkləyən avadanlığı pulsuz əldə edir.

Telekommunikasiya, internet və poçt xidmətləri üçün  Vahid  Çağrı Mərkəzi-155

Bütün bunlarla yanaşı, “Baktelecom” müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində daha bir addım atıb. İndi “Baktelecom”un xidməti ərazisi üzrə telekommunikasiya xidmətləri ilə bağlı istənilən mövzu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan 155 Vahid Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Bakıda 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet və telefon

Vahid  Çağrı Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər qurumları ilə yanaşı, “Baktelecom”un da xüsusi təlim keçmiş, müştəri ilə işləmə qabiliyyəti və dil bilikləri olan peşəkar operatorları fəaliyyət göstərir. 

Çağrı Mərkəzində yaradılan müasir sistem sayəsində “Baktelecom”un həyata keçirdiyi yeni layihələr üzrə telesatış da təşkil olunur.  

Beləliklə, “Baktelecom”un təqdim etdiyi müasir standartlara uyğun bütün xidmətlərlə bağlı məlumatları 155 qısa nömrəsini yığmaqla qısa zamanda əldə etmək mümkündür. 

www.ÇıxışYolu.Com