Bakıda 12 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyev barəsindəki hökmdən kasasiya şikayəti verib.
ÇıxışYolu.Com xəbər verir ki, şikayət hakim Əli Seyfəliyevin icraatında araşdırılacaq.
C.Canıyev məhkəmədən cəzasının azaldılmasını istəyir.
Qeyd edək ki, iş adamı Ceyhun Canıyev 9 il müddətinə azadlıqdan məhrum edilb.
İttihama görə, o, bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. o, ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.