Bakıda ana evdən oğurluq etdiyinə görə 12 yaşlı oğlunu polisə şikayət edib.
Bununla bağlı ÇıxışYolu.Com-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 31-də, Rəsul Rza küçəsi dalan 2, ev 2-də yaşayan 1967-ci il təvəllüdlü B.Q. ərizə ilə polis idarəsinə müraciət edib.
Qadının sözlərinə görə, oktyabrın 27-də saat 12:00 radələrində 12 yaşlı oğlu üç dostu ilə birlikdə yataq otağında olan dolabdab qıfılı sındırmaqla 100 manat pulunu oğurlayıblar.