c1ec58d1-a023-4048-87c2-8a643483b2b0..jpg

Bakıda 150 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Baxış sayı: 673 dəfə baxılıb.

Bakıda 150 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Tələt Əlizadəyə
hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ittiham aktına görə, Tələt Əlizadə zərərçəkmiş şəxs qismində
tanınan Tural Hüseynovun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq
edib. Belə ki, ondan borc olaraq ümumilikdə 150 min manat pul alıb. Ona söz
verib ki, əgər borcu qaytara bilməzsə, paytaxtdakı evlərindən birini verəcək.

Lakin T.Əlizadə zərərçəkmiş şəxsə olan borcu ödəməyib. T. Əlizadə
hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin
178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri
ilə ittiham irəli sürülüb.

Source link