Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə xəsarət alıb.
ÇıxışYolu.Com xəbər verir ki, minik avtomobili Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yolu keçmək istəyən 17 yaşlı Rəsulov İbrahim Anar oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ budun və belin əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu